Kadi Borgesin "Qarabağ" haqda paylaşımı - FOTO

12:41 - 12 Avqust 2022

"Qarabağ"ın legioneri Kadi Borges instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ferentsvaroş"la oyununu nəzərdə tutaraq bunları yazıb:

"Necə möhtəşəm oyun, necə möhtəşəm zaman, necə möhtəşəm ailə. Hər şeyə görə "Qarabağ" ailəsinə təşəkkürlər".

Xatırladaq ki, Kadi Budapeştdə "Qarabağ" 3:1 qələbəsi ilə başa çatan matçda iki assistlə yadda qalıb. 


 

 

Xəbər xətti