"Trabzonspor" ispaniyalı müdafiəçi transfer etdi

Son Türkiyə çempionu olan "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.


Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Betis"dən Mark Bartranı transfer edib. Bu barədə "bordo-mavilər"in mətbuat xidməti məlumat yayıb. 


İspaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı mərkəz müdafiəçisi Türkiyə klubunda illik 1,5 milyon avro maaş (700 min avro bonus) alacaq. "Trabzonspor" ispaniyalı futbolçu üçün qarşı tərəfə 1,2 milyon avro ödəyəcək.


Qeyd edək ki, Mark Bartra "Betis"ə 2018-ci ilin yanvar ayında Dortmund "Borussiya"sından transfer olunmuşdu. Təcrübəli müdafiəçi son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 32 matçda 2 qol vurub.

Tarix: 15 Avqust [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio