"Çelsi"nin 60 milyon avroluq təklifi rədd edildi

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin əsas transfer hədəfi "Everton"un yarımmüdafiəçisi Antoni Qordondur.

 

İngiltərə mətbuatının yazdığına görə, "zadəganlar" 21 yaşlı futbolçu üçün Liverpul təmsilçisinə 60 milyon avroluq rəsmi təklif göndərib. Lakin "Everton" rəhbərliyi gənc futbolçu üçün gələn təklifi rədd edib və Qordonu satmaq niyyətində olmadıqlarını bildiriblər.

 

Antoni Qordon "Everton"un yetirməsidir. Gənc yarımmüdafiəçi 2021-ci ilin qışından əsas komandada çıxış edir. İngiltərəli futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 40 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.

Tarix: 15 Avqust [17:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio