Millimizin seleksiya xarakterli məşqləri keçirilir

13:19 - 17 Avqust 2022

17 və 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının formalaşdırlması üçün seleksiya xarakterli məşqlər keçirilir.

 

Sportal.az xəbər verir ki, həftədə 3 dəfə baş tutan məşq prosesinə U-17  üçün 2006-2007, U-19 üçün 2004-2005-ci il təvəllüdlü futzalçılar baxışa dəvət olunub.

 

Qeyd edək ki, U-19 və U-17-nin baş məşqçiləri müvafiq olaraq Ağatahir Əzimov və İlqar Aslanovdur. U-19 yeni mövsümdə Yüksək, U-17 isə Birinci Liqada iştirak edəcək.

Xəbər xətti