"Qarabağ" Azərbaycanın reytinq xalını artırdı

Avrokuboklarda dünən keçirilən oyunlardan sonra yeni UEFA reytinqi açıqlanıb.

Sportal.az xəbər verir ki, Azərbaycanın xalı artıb. Bu, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə heç-heçə etməsi sayəsində mümkün olub. Qolsuz bərabərlik ölkənin aktivinə daha 0,125 xal gətirib.

Beləliklə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var. 30-cu Qazaxıstan 12,625 xala sahibdir.

Tarix: 18 Avqust [10:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio