Türkiyəli futbolçu "Ayaks"a transfer oldu

17:37 - 19 Avqust 2022

"Trabzonspor"un futbolçusu Ahmetcan Kaplan “Ayaks”a keçib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisinin keçidi Türkiyə çempionuna 9,5 milyon avro qazandırıb.

Amsterdam klubu gələcəkdə türkiyəlinin satışından əldə olunacaq gəlirin 15 faizini də "Trabzonspor"a köçürəcək. Kaplan "Ayaks"la 5 illik müqaviləyə qol çəkib.

Gənc müdafiəçi əsas komandada 18 oyunda meydana çıxmış və 1 assistlə yadda qalmışdı. 

Xəbər xətti