"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

16:44 - 7 Sentyabr 2022

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ilk turunun oyununda səfərdə "Frayburq"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Almaniya klubunun baş məşqçisi Kristian Ştrayx açıqlama verib:

 

"Matçı səbirsizliklə gözləyirik. Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən, beynəlxalq təcrübəyə malik komanda var. Son illər avrokuboklarda sabit çıxış sərgiləyən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki turnirdə inamlı çıxış etmək istəyirik".

 

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da "Europe Park" stadionunda baş tutacaq.

Xəbər xətti