"Neftçi"nin futbolçusu Gürcüstan millisinə çağırıldı

20:13 - 15 Sentyabr 2022

“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

 

Sportal.az 30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 23-də evdə Şimali Makedoniya, 26-da isə səfərdə Cəbəllütariq ilə matçlara çağırılıb.

 

Kvirkveliya Gürcüstan milli komandasının heyətində 45 oyun keçirib.

Xəbər xətti