Rusiya millisi Avropa çempionatından kənarda qala bilər

18:16 - 20 Sentyabr 2022

Futbol üzrə Rusiya milli komandası 2024-cü il Avropa çempionatında da iştirak etməyə bilər.

Sportal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko açıqlama verib. Onun sözlərinə görə, ruslar ən azı 2024-cü ilədək beynəlxalq yarışlara buraxılmayacaq.

Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını qeyri-müəyyən müddətə öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Xəbər xətti