"Beşiktaş"ın ulduzu derbidə oynayacaq

17:04 - 22 Sentyabr 2022

"Beşiktaş" Türkiyə Super Liqasının 8-ci turunda "Fənərbaxça" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul derbisinin hazırlığını davam etdirən "qara qartallar"a Dele Allidən sevindirici xəbər gəlib. Ulduz futbolçu zədəsini sağaldıb və vacib oyunda komandasına kömək edəcək.


Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 2 oktyabr tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti