"Yuventus" Kristian Puluşiçi transfer etmək niyyətindədi.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisi "Çelsi"nin futbolçusunu heyətinə qatmaq məqsədilə artıq futbolçunun agenti ilə görüşüb.
24 yaşlı futbolçu özü Turinə yollanmağın əksinə deyil. Əsas məsələ "qoca sinyora"nın ABŞ millisinin üzvünün istədiyi maaşı verib-verməyəcəyi ilə bağlıdı.
ABŞ-da dünyaya göz açmış Kristian “Borussiya”da oynadıqdan sonra 2019-cu ildə “Çelsi”yə keçib.