Fərid Qayıbov ABŞ-dan gələn mütəxəssislərlə görüşdü

12:59 - 28 Sentyabr 2022

Sentyabrın 27-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının idman mütəxəssisləri Con Smit və Sali Robertsi qəbul edib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı nazir qonaqları salamlayıb və ölkəmizdə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib. 

Səmimi qəbula görə təşəkkür edən amerikalı mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançılarımızın uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar. 

​Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak ediblər.

Xəbər xətti