"Agentimə bildirmişdim ki, konkret təklif olmasa, məni narahat etməsin"

14:53 - 28 Sentyabr 2022

"Yuventus" və Polşa millisinin hücumçusu Arkadiuş Milik "Marsel"dən ayrılması barədə danışıb.

Sportal.az "gazzetta.it" saytına istinadən xəbər verir ki, təcrübəli forvard Fransa klubundan ayrılaraq "Yuventus"a keçməsini bu cür şərh edib:

"Transfer məsələlərində həmişə rahatam. Bu məsələlərlə agentlərim məşğul olur. Mən yalnız futbol oynamağa diqqət edirəm, bu, mənim üçün ən vacib məsələdi. Agentimə bildirmişdim ki, konkret təklif olmasa, məni narahat etməsin. "Yuventus"a keçmək qərarı ani verildi. Bu cür tarixi klubda oynamaq uşaqlıq arzum idim. Lap uşaqlıqdan yaxşı komandada oynamaq istəmişəm. Əlimə belə fürsət düşdü və istifadə etdim".

28 yaşlı futbolçu “Marsel”dən “Yuventus”a icarəyə keçib.

 

Xəbər xətti