"Səbail" - "Qəbələ" : 22-ci duel

13:15 - 29 Sentyabr 2022

Milli komandaların matçları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilə bu həftə başa çatacaq.

 

Sportal.az xəbər verir ki, VIII turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Günün yeganə oyununda “Qəbələ” “Səbail”lə üz-üzə gələcək.

 

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakı klubunun meydanında qüvvəsini sınayacaq. “ASCO Arena”dakı görüş rəqiblər arasında 22-ci matç olacaq. Əvvəlki 21 oyunda “Qəbələ” üstünlüyə malikdir. 11 qələbəsi olan “qırmızı-qaralar” 5 görüşdən sülhlə ayrılıb və eyni sayda matçda uduzub. 38 qol vuran komanda 21 top buraxıb. Baqali Dabo “Səbail”ə daha çox - 6 qol vurub. 

 

“Qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 19 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 9 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. Digər 5 oyunda “Səbail” qalib gəlib. 33 qol vuran “Qəbələ” 19 top buraxıb.

 

Rəqib meydanında 12-ci dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 4 qələbə və 2 heç-heçəyə imza atıb. 5 görüşdə meydan sahibləri qalib gəlib. Bu matçlarda komandalar hərəyə 16 dəfə fərqlənib.

 

Xatırladaq ki, sentyabrın 30-da “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 19:00-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

 12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

 

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

 

2020/21 mövsümü

24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3

09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Rafael Utriq, 78 // Amil Yunanov, 57

03.05.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:0

Amil Yunanov, 61

 

2021/22 mövsümü

18.09.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 5:0

Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+5

07.11.2021. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2

Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5

19.02.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:2

Ülvi İsgəndərov, 79; İsnik Alimi, 90+7

10.04.2022. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:0

Adil Nağıyev, 41; Nikolas Raysel, 68; İbrahim Aslanlı, 73

Xəbər xətti