"Barselona"nın yeni antirekordu

11:31 - 5 Oktyabr 2022

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “İnter” doğma meydanda "Barselona"nı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az “Opta”ya istinadən xəbər verir ki, bu, Çempionlar Liqasında kataloniyalıların ardıcıl üçüncü qolsuz səfər oyunu kimi tarixə keçib. Bu isə klubun avrokuboklardakı ən pis seriyasıdır.

Eyni zamanda, “Barsa” rəqibin cərimə meydançasına 50 ötürmə edib ki, bu da Xavinin rəhbərliyi altında yeni rekord göstəricidir.

Xəbər xətti