"İstanbula gəldikdən sonra çoxlu evlilik təklifləri almışam"

19:44 - 16 Noyabr 2022

"Fənərbaxça"nın qadınlardan ibarət voleybol komandasının üzvü Arina Fedorovtseva "Sports.ru" nəşrinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı rusiyalı idmançı Türkiyədə çoxlu evlilik təklifləri aldığını deyib:

 

"Mənə sosial şəbəkələrdən tez-tez çox gözəl olduğumu yazırlar, qəhvə içməyə dəvət edirlər. İstanbula gəldikdən sonra çoxlu evlilik təklifləri almışam. Bu təkliflərə görə ailəmin mənə verdiyi üzüyü barmağıma taxıram. Burada çoxlu diqqət görürəm. Bəzən kafeyə gedib dostlarımla nəsə içmək çətin olur. Hər şeyə rəğmən, İstanbula niyə gəldiyimi yadıma salıb, oyunuma köklənirəm".

Xəbər xətti