"Çelsi" ingiltərəli müdafiəçinin müqaviləsini uzatdı

İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi Trevo Çalobanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İngiltərə U-21 millisinin üzvü 2028-ci ilin iyun ayına kimi "Çelsi"yə məxsus olacaq. Premyer Liqa klubunun müqaviləni daha 1 il müddətinə uzatmaq hüququ var.

 

Qeyd edək ki, Trevo Çaloba "Çelsi"yə 2020-ci ilin yayında "Haddersfild"dən transfer olunub. 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb.

Tarix: 25 Noyabr [17:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Fevral 2023
31  Yanvar 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio