DÇ-2022: İran millisinin üzvlərinə xəbərdarlıq

11:19 - 29 Noyabr 2022

Bu gün İran millisi dünya çempionatının üçüncü turu çərçivəsində ABŞ-la qarşılaşacaq.

Sportal.az CNN-ə istinadən xəbər verir ki, iranlı futbolçuların yaxınları ABŞ-la oyunöncəsi yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.

Belə ki, millinin üzvlərinə yığmanın düşərgəsindən ayrılmaq, əcnəbilərlə görüşmək qadağan olunub.

Əks təqdirdə, milli üzvlərinin yaxınları həbs ediləcək. 

​Bu gün keçiriləcək İran – ABŞ matçına saat 23:00-da start veriləcək.

Xəbər xətti