"Qalatasaray"ın keçmiş futbolçusu İstanbul klubu ilə müqavilə imzaladı

19:37 - 29 Noyabr 2022

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Sofian Fequlini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı əlcəzairli vingerlə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Sofian Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da oynayıb. Yayda "sarı-qırmızılar"la müqaviləsi başa çatan təcrübəli vinger klubsuz idi.

Xəbər xətti