"Bavariya" İbrahimoviçlə müqavilə imzaladı

18:57 - 17 Yanvar 2023

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi öz yetirməsi olan Ariyon İbrahimoviçin sözləşməsinin müddətini uzadıb. 17 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi "Bavariya"ya məxsus olacaq.

 

Qeyd edək ki, Ariyon İbrahimoviç "Bavariya"nın yetirməsidir. Kosovo əsilli almaniyalı vinger əsas komandanın heyətində debüt etməyib.

Xəbər xətti