Alleqri: "Çətin zamanlarda kişi kimi davranmaq lazımdır"

15:39 - 21 Yanvar 2023

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın 15 xalının silinməsinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis yalnız oyuna köklənməli olduqlarını deyib:

 

"Dünənki hadisələrdən sonra biz yenidən toparlanmalı və yalnız meydanda olan məsələləri düşünməliyik. Turnir cədvəlində hazırda 22 xalımız var. Nəticə qazanmağa və mövqeyimizi bərpa etməyə çalışmalıyıq. Bizim üçün Avropa Liqası, İtaliya Kuboku və çempionatda toplamaq üçün 60 xal var. Məni qovmasalar, "Yuventus"da qalacağam. Çətin zamanlarda kişi kimi davranmaq lazımdır".

Xəbər xətti