Millimizin İsveçlə matçının biletləri satışa çıxarıldı

12:57 - 1 Fevral 2023

Avro-2024-ün seçmə mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq İsveç - Azərbaycan matçının biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb. Stokholmdakı “Friends Arena”da baş tutacaq görüşə biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (24,43 və 48,87 AZN) təşkil edir.

 

İsveç - Azərbaycan qarşılaşması 27 mart tarixində, Bakı vaxtilə saat 22:45-də baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan yığması Avro-2024-ün seçmə mərhələsinin E qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Xəbər xətti