"Qalatasaray"ın müdafiəçisini PSV-yə göndərdi

13:20 - 1 Fevral 2023

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Eyndhoven təmsilçisi "Qalatasaray"dan Patrik van Aanholtu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna kimi icarə əsasında PSV-də çıxış edəcək.

Qeyd edək ki, "Qalatasaray" Patrik van Aanholtu 2021-ci ilin yayında "Kristal Pelas"dan transfer edib. Təcrübəli sol cinah müdafiəçisi cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti