"Yuventus" yarımfinala adladı - VİDEO

10:35 - 3 Fevral 2023

İtaliya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, "Yuventus" "Latsio"ya qalib gələrək yarımfinala vəsiqə qazanıb. "Qoca sinyora"nı yarımfinala daşıyan qələbəni Qleyson Bremer vurub.

Turin təmsilçisi finala vəsiqə qazanmaq uğrunda "İnter"lə mübarizə aparacaq. Digər cütlükdə isə "Kremoneze" və "Fiorentina" ilə üz-üzə gələcək.

İtaliya Kuboku

1/4 final

"Yuventus" - "Latsio" 1:0
Qol:
Bremer, 44

Xəbər xətti