Türkiyə Super Liqasında baş məşqçi istefası

11:54 - 5 Fevral 2023

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Ankaragücü"nü çalışdıran Ömer Erdoğan postunu tərk edib. 45 yaşlı mütəxəssis qərarını Super Liqanın 22-ci turunun "Fatih Karagümrük"lə matçından (0:2) sonra keçirilən mətbuat konfransında açıqlayıb.

 

Qeyd edək ki, Ömer Erdoğan ötən ilin 29 avqust tarixində "Ankaragücü"nün baş məşqçisi təyin olunmuşdu. Paytaxt təmsilçisi Super liqada 22 turdan sonra 22 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti