"Şamaxı" Bakıya köçür

16:30 - 7 Fevral 2023

"Şamaxı" klubu hazırlıq prosesini bir müddət Bakıda həyata keçirəcək.

 

Sportal.az saytına daxil olan məlumata görə, buna səbəb hava şəraitidir. Son günlər bölgəyə qar yağması səbəbindən komanda məşq edə bilmir. Qarşıdakı günlərdə qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. Buna görə də əyalət təmsilçisi 10-15 günlük Bakıda məskunlaşacaq və məşqlərini paytaxtda həyata keçirəcək.

 

Qeyd edək ki, "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 21-ci turunun "Turan Tovuz"la matçından (0:1) sonra keçirilən mətbuat konfransında stadion qarla örtüldüyü üçün cəmi bir məşq etdiklərini bildirmişdi. Onun dediyinə görə, komanda həftə ərzində məşqləri zalda həyata keçirib.

 

Elçin Əlixan

Xəbər xətti