Azərbaycanlı futbolçu oynadı, komandası səfərdə 1 xal qazandı

15:51 - 18 Mart 2023

Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" səfərdə "Metalist"in qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Emil Mustafayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı futbolçu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Xallarını 28-ə yüksəldən "Aleksandriya" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti