Belçika milli komandası yoldaşlıq oyunu çərçivəsində Almaniyanı səfərdə 3:2 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu qələbə "qırmızı şeytanlar" üçün əlamətdar olub. Domeniko Tedeskonun rəhbərlik etdiyi kollektiv 1954-cü ildən sonra ilk dəfə Bundestim üzərində qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, Belçika yığma komandası Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
saytlarin hazirlanmasi