"Zirə", "Qarabağ" və "Real" rəqiblərini tanıdı

13:46 - 30 Mart 2023

Minifutbol üzrə ölkə çempionatında “play off” a yüksələn səkkiz komanda müəyyənləşib. 

Sportal.az xəbər verir ki, 17-ci turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlinin ilk səkkizliyində qərarlaşan komandalar mübarizəni davam etdirirlər. Yarışın ilk mərhələsini lider kimi tamamlayan “Zirə” komandası “Veteran” la qarşılaşacaq. “Birbaşa”Bakı 7-ci yerin sahibi Şuşanın “Qalaksi” kollektivi ilə görüşəcək. Digər iki oyun isə “Odlar Yurdu” - “Qarabağ” və “Bakı” və “Real” (Bakı) qarşılaşmalarıdır. 

Qeyd edək ki, 1/4 final görüşləri iki oyundan ibarətdir. 

Oyunlar aprelin 4-də Bakı Tennis Akademiyasında keçiriləcək.

Xəbər xətti