Rusiya millisinin üzvü Türkiyə klubunda qalacaq

21:18 - 13 Aprel 2023

"Fatih Karagümrük" Rusiya millisinin üzvü Maqomed Ozdoyevlə müqavilə müddətini artırmaq istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin idman direktoru Murad Akın məlumat verib. O, rusiyalı yarımmüdafiəçinin “Fatih Karagümrük”ün liderlərindən olduğunu söyləyib:

“İndiyədək bəzi klubların Maqomed Ozdoyevlə maraqlanması ilə bağlı bir neçə xəbərlər dolaşırdı. Amma Maqomedlə bağlı təklif gəlməyib. Maqomed bizim üçün çox vacib oyunçudur, onun daha bir illik müqaviləmiz var. O, bizim liderimizdir. Bəli, Türkiyə və Avropa klublarından maraq var, amma bunlar sadəcə söz-söhbətdir, rəsmi təkliflər almamışıq. Ozdoyevi satmaq istəmirik, yayda onu buraxmayacağıq".

Maqomed Ozdoyev bu mövsüm “Fatih Karagümürk”ün heyətində 26 matçda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

30 yaşlı futbolçu 2014-cü ildən Rusiya millisinin üzvüdür. "Lokomotiv"(Moskva), "Rubin", "Terek"(hazırkı "Axmat"), "Zenit" klublarında oynamış yarımmüdafiəçi 2022-ci ildən "Fatih Karagümrük"ə keçib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Xəbər xətti