Fərid Qayıbov İrəvandakı idmançılarımızın durumu haqda: "Oteldən çıxa bilmirlər"

11:27 - 15 Aprel 2023

Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının İrəvanda keçirilən Avropa çempionatından iştirakdan etməsi barədə xəbər vermişdik. 

Sportal.az xəbər verir ki, buna səbəb turnirin açılış mərasimində Azərbaycan bayrağının yandırılmasıdır. Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bununla əlaqədar bəyanat yayıb və idmançıların vətənə qaytarılması ilə bağlı qərar qəbul edib. Gənclər və İdman Naziri Fərid Qayıbov məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, idmançılarımızın oteldə saxlanıldığını və mətbuatla əlaqələrinin olmadığını yazıb: 

"İrəvandakı ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırılıb. Bu, qəbuledilməzdir və Ermənistanın bu ücr tədbirlərə ev sahibliyi etməyə hazır olmadığının göstəricisidir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycanın nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcəkləri gözlənilir. Ermənistan idmançılarımızın vətənə təhlükəsiz qayıtmasını təmin etməlidir. Lakin indi onlar oteldən çıxa bilmirlər, mediaya da çıxışları yoxdur. Həmçinin, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Bu hadisə onu göstərir ki, Ermənistan beynəlxalq idman yarışlarını keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil".

Xəbər xətti