"Milan"ın çalışdırıcısı: "Osimhen güclü və qətiyyətli hücumçudur"

17:18 - 18 Aprel 2023

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/4 final mərhələsinin "Napoli"yə qarşı keçiriləcək cavab matçı haqda danışıb.

Sportal.az "Football Italia" portalına istinadən xəbər verir ki, "rossonyerlər”in çalışdırıcısı Viktor Osimhenin qarşısını necə almağı planlaşdırdığını açıqlayıb.

"Osimhen çox güclü və qətiyyətli hücumçudur. Onun təsiredici xüsusiyyətlərini nəzərə alırıq. Lakin eyni zamanda, biz öz oyun üslubumuzdan imtina etməyəcəyik. “Napoli” ilə əvvəlki matçlardan sonra anladıq ki, oyunun tempi burada mühüm rol oynayır. Bu, Osimhen kimi bir oyunçunun vəziyyətindən daha vacibdir. Əminəm ki, onun da qarşısını ala biləcəyik".

Nigeriyalı forvard komandalar arasında Milanda keçirilmiş və "rossonyerlər"in 1:0 hesablı qələbəsi ilə başa çatan ilk görüşünü buraxıb. Cavab matçı bu gün 23:00-da başlanacaq. Osimhen bu mövsüm A seriyasında 24 matçda 21, ÇL-də isə 5 oyuna 4 qol vurub.

Xəbər xətti