"Neftçi"ni çalışdıracağı iddia olunan Baxşıyev: "Müqavilə məsələsi mövsümün sonunda müzakirə edilir"

10:59 - 4 May 2023

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin yeni mövsümdən "Neftçi"ni çalışdıracağı ilə bağlı iddialar var.

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin hazırkı komandası ilə müqavilə müddətini uzada biləcəyi xəbərləri də dolaşır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Baxşıyev "Neftçi"ni çalışdıracaq, yoxsa "Qəbələ" ilə müqavilə müddətini artırıb-artırmayacağı ilə bağlı bunları deyib:

"Heç bir məlumatım yoxdur. “Qəbələ” ilə müqavilə məsələsi həmişə mövsümün sonunda müzakirə edilir. Hələ ki, bütün fikrimiz qarşıdakı oyunlara yönəlib. Bunlar başa çatdıqdan sonra, danışacağıq".
 

Xəbər xətti