"Azərbaycana eyni emosiyalarla, "Krasnodar"da işləməyə başladığım enerji ilə gəlmişəm"

17:09 - 4 May 2023

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, “bobsoccer.ru” saytına danışan rusiyalı mütəxəssis daha çox “Krasnodar”dakı işini xatırlayıb. Amma bununla yanaşı, o, Azərbaycana gəlişini də şərh edib. Musayev "Krasnodar"dan ayrılması və karyerasında pauza götürməsi haqda da danışıb.

- 2021-ci ilin aprelində “Krasnodar”dan ayrıldınız. İki il keçib. Hazırda Azərbaycanda işləyirsiniz. Burada ilk uğurları yeni komanda ilə əldə etdiniz və yəqin ki, o vaxt “Krasnodar”da baş verənləri yenidən düşünməyə vaxtınız olub. Siz hələ də o zaman düzgün hərəkət etdiyinizi düşünürsünüz?

- Mən mövqeyimi dəyişməmişəm və hesab edirəm ki, o zaman hər şeyi düz etmişəm. Bəlkə də ara verməli idim. Mən məğlubiyyəti asanlıqla qəbul etməmişəm. Bütün gücümü, bütün emosiyalarımı kluba vermişdim. Beləliklə, hər şeyi düzgün etdiyimi bilirdim. Bu fasilə mənə lazım idi. Altı ay... Və mən artıq Azərbaycana həmin Musayev kimi, eyni emosiyalarla, “Krasnodar"da işləməyə başladığım enerji ilə gəlmişəm. Sadəcə indi daha çox məşqçi təcrübəsinə sahibəm.

- Yəni bu pauza bərpa olunmağınız üçün kifayət etdi?

- Bəli. Bəlkə də özümə belə bir fasilə lazım olduğunu söyləmək istəmədim. Amma hər şeyi ölçüb-biçəndə... Sonra bunun mənim üçün çox vacib olduğunu başa düşdüm. Bu yaxınlarda mən Oleq Romantsevin sözlərini eşitdim. O, “Saturn”da bir müddət necə işlədiyindən danışdı. O, uzun müddət işləmədi. Bunu isə 13 il ərzində “Spartak”dakı kimi işləyə bilməməsi ilə izah etdi. Oxşar bir şey mənim başıma gəldi. İndi mənim çox gücüm və inamım var. Başa düşürəm ki, istənilən komandanı dəyişə bilərəm, qarşıma istənilən məqsəd qoya bilərəm, onlara nail olacağımı dərk edirəm. Həmin an “Krasnodar”da “batareyam” bir az tükənmişdi. Ayrılmağıma görə peşman deyiləm. Bu barədə klub prezidentinə və ilə, azarkeşlərə qarşı dürüst olmalıyam...

Xəbər xətti