Argentina millisinin qapıçısı Messini bu kluba dəvət etdi

20:03 - 23 May 2023

"Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martinez zarafatla PSJ-nin hücumçusu Lionel Messini Birmingem klubuna dəvət edib.

Sportal.az xəbər verir ki, "ESPN"ə danışan təcrübəli qolkiper Messi üçün İngiltərə klubunda hər cür şəraiti yaradacağını deyib:

"Əgər Messi Parisdə fitə basılırsa, onu "Aston Villa"ya dəvət edirəm. Mən onun üçün hər şeyi edəcəm, hər şəraiti yaradacam. Həftəsonu Messiyə qovurma bişirəcəm. Üstəlik, insanlardan onun üçün kiçik bayraqlar hazırlamağa çağıracağam və o, burada yaxşı vaxt keçirəcək. Lazım gələrsə, Messi üçün maaşımın da kəsilməsinə razı olaram".

30 yaşlı futbolçunun "Aston Villa" ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti