Polşa millisinin forvardı Almaniya klubuna keçdi

14:44 - 24 May 2023

Almaniya Bundesliqasının təmsilçisi “Verder” Polşa millisinin və “Fortuna”nın (Düsseldorf) forvardı David Kovnaçkinin keçidini həll edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı hücumçuya görə Bremen klubu xərcə düşməyib.

Kovnaçki "musiqiçilər"ə azad agent kimi keçib. "Fortuna"nın hücumçusu 2023-cü il iyulun 1-də azad agent kimi yeni komandasına qoşulacaq. O, bu mövsüm ikinci Bundesliqada 34 oyuna çıxıb, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xəbər xətti