"Fənərbaxça" "Milan"ın hücumçusunu transfer edəcək

20:58 - 24 May 2023

Türkiyənin "Fənərbaxça" klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Milan"da ümidləri doğrultmayan Divok Oricidir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Belçikalı forvardın transferində "Fənərbaxça"nın ən şanslı klub olduğu bildirilir.

Qeyd edək ki, Divok Orici "Milan"a mövsümün əvvəlində keçib. 28 yaşlı hücumçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti