Azərbaycan Kuboku: Baş məşqçilərin mətbuat konfranslarının vaxtı bəlli oldu

16:52 - 26 May 2023

3 iyun tarixində keçiriləcək Azərbaycan Kubokunun final qarşılaşmasının oyunöncəsi hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı bəlli olub.

Sportal.az xəbər verir ki, öncə media nümayəndələrinin qarşısına "Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampf çıxacaq:

2 iyun, saat 17:30 - Laurentsiu Regekampfın mətbuat konfransı;

2 iyun, saat 18:00 – “Neftçi” komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);

2 iyun, saat 19:30 - Elmar  Baxşıyevin mətbuat konfransı;

2 iyun, saat 20:00 – “Qəbələ” komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq)

Xəbər xətti