"Səbail"də növbəti ayrılıq

20:18 - 3 İyun 2023

"Səbail" heyətində ola futbolçuları bir-bir klubdan göndərir.

Sportal.az xəbər verir ki, klub müqaviləsi başa çatan Petro Stasiukla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı müdafiəçi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul edilib.

"Dənizçilər"  ölkə çempionatında 2022/2023 mövsümü başa çatdıqdan sonra  Emil Martinov, Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə yolları ayırıb.

Xəbər xətti