"Liverpul" Argentina millisinin üzvünü transfer etdi

14:14 - 5 İyun 2023

İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Aleksis Mak Allisteri rənglərinə bağlayıb. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

"Liverpul" Argentinalı orta xətt oyunçusu üçün klubuna 60 milyon funt-sterlinq ödəyəcək. 24 yaşlı futbolçu "qırmızılar"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Brayton" Aleksis Mak Allisteri 2019-cu ilin yayında "Boka Xuniors"dan transfer edib. Argentina millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti