"Tottenhem"dən 50 milyon avroluq transfer

17:39 - 8 Avqust 2023

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Volfsburq"dan Miki van de Veni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şimali londonlular 22 yaşlı mərkəz müdafiəçisi üçün Almaniya klubuna 50 milyon avro təzminat ödəyib. Niderlandlı arxa xətt oyunçusu yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Volfsburq" Miki van de Veni 2021-ci ilin yayında "Volendam"dan transfer etmişdi. Niderland U-21 millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti