İngiltərənin "Mançester Siti" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, "şəhərlilər" "Vest Hem"də çıxış edən Lukas Paketanın xidmətində maraqlıdır. Bu barədə yerli media məlumat yayıb.
"Mançester Siti" braziliyalı orta xətt oyunçusu üçün 101 milyon avroluq təklif göndərib. Lakin "Vest Hem" bu təklifi qəbul etməyib. London təmsilçisi 26 yaşlı futbolçu üçün 110 milyon avro tələb edir.
Qeyd edək ki, "Vest Hem" Lukas Paketanı ötən ilin yayında "Lion"dan transfer edib. Braziliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.