"Sabah"dan növbəti transfer

10:59 - 11 Avqust 2023

“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Şirzad Şirzadovla 1 illik müqavilə imzalayıb. 23 yaşlı oyunqurucusu ötən mövsüm NTD komandasında çıxış edib.

O, 2017-ci ildə Azərbaycanın U-16 millisi ilə Avropa çempionatının C Divizionunda ikinci yeri tutub.

Qeyd edək ki, “Sabah” buna qədər Azərbaycan millisinin əsas heyət üzvü Endər Poladxanlını “Sərhədçi”dən transfer edib.

Xəbər xətti