"Mançester Siti"dən 60 milyon avroluq transfer - RƏSMİ

21:40 - 24 Avqust 2023

İngiltərənin "Mançester Siti" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Renn"dən Ceremi Dokunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" belçikalı vinger üçün Fransa klubuna 60 milyon avro təzminat ödəyəcək. 21 yaşlı ön xətt oyunçusu "şəhərlilər"lə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Renn" Ceremi Dokunu 2020-ci ilin oktyabr ayında "Anderlext"dən transfer etmişdi. Belçika millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 92 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti