"Milan" belçikalını icarəyə verdi

18:55 - 30 Avqust 2023

İtaliyanın "Bolonya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Milan"dan Aleksis Salemakersi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bolonya" belçikalı vinger üçün "Milan"a 500 min avro ödəyib. Klub istəsə, 10 milyon avro ödəyərək futbolçunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, "Milan" Aleksis Salemakersi 2020-ci ilin yanvar ayında "Anderlext"dən transfer edib. 24 yaşlı ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 140 rəsmi matçda 10 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti