Adı "Neftçi" ilə hallanırdı, bu kluba keçdi

19:32 - 30 Avqust 2023

Adı "Neftçi" ilə hallanan Sabir Buqrinin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, mərakeşli hücumameyilli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 27 yaşlı vinger "Raya Kasablanka"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buqrin yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, "Raya Kasablanka"da 34 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Sabi Buqrin 2020-ci ilin yayından 2022-ci ilin yanvar ayınadək "Neftçi"də çıxış edib. Ön xətt oyunçusu 2022-ci ilin yanvarında "ağ-qaralar"dan Tunisin "Esperans" klubuna keçmiçdi.

 

Xəbər xətti