"Traktor" səfərdə qələbə qazandı

13:15 - 3 Sentyabr 2023

Futbol üzrə İran çempionatında 4-cü turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə Xuzestan "Esteqlal"ının qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolu 90+3-cü dəqiqədə Qustavo vurub.

Bu qələbə sayəsində xallarını 6-ya yüksəldən "Traktor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti