Məhəmməd Salah üçün rekord təklif

18:58 - 6 Sentyabr 2023

"Əl İttihad" klubu məhəmməd Salahı transfer etmək üçün fəaliyyətini davam etdirir.

Sportal.az xəbər verir ki, daha öncə 175 milyon avroluq təklifi rədd edilən Səudiyyə Ərəbistanı təmsilçisi İngiltərə klubuna rekord məbləğdə təklif göndərib. Ərəblər 31 yaşlı hücumçu üçün Mersisayd təmsilçisinə 230 milyon avro ödəməyə hazırdır.

"Liverpul" bu təklifi qəbul etsə, Salah tarixin ən bahalı futbolçusu olacaq. Hazırkı rekord 222 milyon avroya "Barselona"dan PSJ-yə rransfer olan Neymara aiddir.

Xəbər xətti