"Zirə" Bolqarıstan klubuna məğlub oldu

19:57 - 7 Sentyabr 2023

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, təmsilçimiz Bolqarıstanın "Terra Trak" komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" ilk görüşdə Ukraynanın "Andezit" komandasına 0:1 hesabı ilə məğlub olmuşdu. "Qartallar" Bakı vaxtıyla 23:00-da 1/8 finala vəsiqə qazanmaq üçün "play-off" oyununa çıxacaq.

Xəbər xətti