"Zirə" Çempionlar Liqasının 1/4 finalında

15:14 - 8 Sentyabr 2023

"Zirə" Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finalda Macarıstanın "PFF Szanto" klubu ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn "Zirə" 1/4 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycanın digər komandası "Birbaşa Bakı" da 1/4 finala yüksəlib.

Xəbər xətti